DÜNYA

06 Avqust

Aİ Şurası Kiyevə 4,2 milyard avro məbləğində yardımın ayrılmasını təsdiqləyib

Avropa İttifaqı (Aİ) Şurası Ukraynaya təxminən 4,2 milyard avro məbləğində vəsaitin ayrılması ilə bağlı Aİ səfirləri ilə daha əvvəl razılaşdırılmış qərarı təsdiqləyib.

Finss.az-ın məlumatına görə, bu barədə Macarıstanın Aİ Şurasına sədrliyinin “X” sosial şəbəkəsindəki hesabında bildirilib.

“Yazılı proseduru başa çatdıran Aİ Şurası bu gün Ukraynaya dəstək fondu çərçivəsində təxminən 4,2 milyard avro məbləğində ilk ödənişin edilməsi ilə bağlı qərar qəbul edib”, - məlumatda qeyd olunub.

Kaira Ağayeva 

Finss.az