DÜNYA

06 Avqust

Banqladeşin sabiq informasiya naziri Hindistana qaçmaq istəyərkən saxlanılıb

Banqladeşin poçt, telekommunikasiya və informasiya texnologiyaları üzrə keçmiş dövlət naziri Zunaid Əhməd Palak Hindistana qaçmaq istəyərkən Dəkkə Beynəlxalq Hava Limanında saxlanılıb.

Finss.az TASS-a istinadən xəbər verir ki, bu barədə “United News of Bangladesh” xəbər portalı məlumat yayıb.

Bundan başqa, bir sıra KİV ölkənin polis istintaq şöbəsinin keçmiş rəhbəri Harun ər-Rəşidin hava limanında saxlanıldığını bildirsə də, o, xaricə getməsi ilə bağlı yayılan iddiaları təkzib edib.

Kaira Ağayeva 

Finss.az