DÜNYA

06 phrase_var_core.august

ABŞ-ın İraqdakı aviabazasına hücum edilib

Amerika qüvvələrinin İraqdakı Əl Əsəd aviabazasına hücum edilib. Bazaya endirilən raket zərbələri nəticəsində yaralananların olduğu bildirilir.

Finss.az xəbər verir ki, hücumun İranın dəstəklədiyi qruplaşmalar tərəfindən həyata keçirilib-keçirilmədiyi hələlik məlum deyil.

İranın dəstəklədiyi qruplaşmalar vaxtaşırı Fərat çayının şərq sahilindəki Amerika bazalarına silah və PUA-larla hücumlar təşkil edir.