DÜNYA

06 Avqust

Rusiya Abxaziyada donanma üçün yeni daimi baza yaradır

Gürcüstan prezidenti xanım Salome Zurabişvili Rusiyanın Abxaziyada donanma üçün yeni daimi baza yaratmağa çalışdığını bəyan edərək “Bu, təkcə bizim deyil, bütün Qara dəniz təhlükəsizliyi üçün problemdir” deyib.

Finss.az xəbər verir ki, paytaxt Tbilisidə yerli və beynəlxalq mətbuat nümayəndələri üçün keçirdiyi görüşdə S.Zurabişvili Rusiyanın Gürcüstandan birtərəfli müstəqilliyini elan edən Abxaziyada Qara dəniz sahilində Rusiya donanması üçün daimi yeni baza yaratmaq qərarını tənqid edərək bildirib: “Ruslar bu sahədə ilkin işlərə başlayıb. Bu, ciddi problemdir, təkcə bizim deyil, bütün Qara dəniz təhlükəsizliyi üçün”.

Gürcüstan prezidenti Salome Zurabişvili ölkənin baş naziri İrakli Kobaxidze və onun hökumətini Rusiyanın işğalı altında olan Abxaziya və Cənubi Osetiya bölgələrinə qarşı effektiv siyasət yürütməməkdə ittiham edib.

Bu iki rayonda yaşayanlara Gürcüstan vətəndaşlığının qaytarılmasının vacibliyini söyləyən prezident bunu həmin bölgələrdə yaşayan əhalinin yenidən Gürcüstana yönəldiyi ilə əsaslandırıb.