DÜNYA

06 Avqust

Ukraynada koronavirusun yeni ştamı aşkarlanıb

Ukraynada koronavirusun yeni ştamı aşkarlanıb.

Fins.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə nazirinin müavini, baş dövlət sanitar həkimi İqor Kuzin bildirib.

“2024-cü ilin iyul ayında ölkədə “SARS-CoV-2” koronavirusunun “FLiRT” adlı yeni subvariantına yoluxma üzrə ilk hallar qeydə alınıb”, - Səhiyyə Nazirliyinin saytında nazirdən sitat gətirilib.

Onun sözlərinə görə, ötən həftə “FLiRT” subvariantına yoluxma üzrə üç hal aşkar edilib: ikisi Kiyevdə, biri İvano-Frankovsk vilayətində.

Nazirlikdən, həmçinin qeyd olunub ki, yeni ştamın xüsusi təhlükə qiymətləndirməsi yoxdur, lakin Ümumdünya Səhiyyə Təşkilatı onun hər bir ölkə səviyyəsində izlənilməsinin zəruri olduğunu hesab edir.

Qeyd edək ki, 2024-cü ilin avqust ayına olan məlumata görə, Ukraynada “SARS-CoV-2” virusunun ümumilikdə 10 ştamı dövr edir. Bunlar “Omicron” variantının müxtəlif subvariantlarıdır. İyulun sonunda Kiyev rəsmiləri koronavirusa yoluxma hallarının əhəmiyyətli dərəcədə - iyun ayı ilə müqayisədə təxminən 4,5 dəfə artdığını bildiriblər.

Kaira Ağayeva 

Fins.az