DÜNYA

05 Avqust

Almaniyanın müdafiə naziri: Filippinlə hərbi əməkdaşlığı dərinləşdirmək niyyətindəyik

Almaniyanın müdafiə naziri Boris Pistorius ölkəsinin Filippinlə hərbi əməkdaşlığı dərinləşdirmək niyyətində olduğunu söyləyib.

Bu barədə Fins.az DPA agentliyinə istinadən xəbər verir.

Onun sözlərinə görə, qaydalar və məqsədlər 2024-cü ilin sonu, bəlkə də oktyabr ayına qədər hərbi-siyasi sazişdə göstərilməlidir.

"Biz silahlanma sahəsində daha sıx əməkdaşlıq etmək istəyirik. Buraya, məsələn, hava hücumundan müdafiə, sahil müdafiəsi və bəlkə də nəqliyyat təyyarələrinin alınması sahəsində qarşılıqlı əlaqə daxil ola bilər", - Pistorius Manilada filippinli həmkarı Gilberto Teodoro ilə danışıqlardan sonra deyib.

Nazir qeyd edib ki, bundan əvvəl hərbi hazırlıq sahəsində əməkdaşlığın genişləndirilməsi planlaşdırılır.

Kaira Ağayeva

Fins.az