DÜNYA

05 Avqust

Rusiyanın Çelyabinsk vilayətində yağan yağışlar səbəbindən yüzlərlə ev su altında qalıb

Rusiyanın Çelyabinsk vilayətində su basmış fərdi yaşayış evlərinin sayı 219-a çatıb.

Fins.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat verib.

 “219 şəxsi yaşayış evi və 329 həyətyanı sahənin su altında qalması nəzarətdə saxlanılır”, – məlumatda deyilir.

Qeyd olunub ki, nəzarət olunan hidrotexniki qurğularda axıdılma göstəriciləri artmayıb. Qurumun məlumatına görə, üç müvəqqəti yerləşdirmə məntəqəsində 26 nəfər, o cümlədən 9 uşaq qalır.

Qeyd edək ki, avqustun 1-də Çelyabinsk vilayətində yağışların həcmi bir neçə ərazini su basmış daşqın yağış sularının normasını iki-üç dəfə keçib. Bəzi su hövzələri su ilə dolub və sahillərindən çıxmağa başlayıb.

Kaira Ağayeva

Fins.az