Türkiyənin Təl-Əvivdəki səfirinin müavini, Türkiyənin səfirliyi və Qüdsdəki Baş Konsulluğunda HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsi ilə əlaqədar elan edilən milli matəm çərçivəsində bayraqların yarıya endirilməsindən sonra İsrail Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə İsrailin xarici işlər naziri Yisrael Katz bildirib.
Katz, HƏMAS lideri Haniyənin oktyabrın 7-də törədilən vəhşiliyə rəhbərlik etdiyini və dostları ilə birlikdə televiziyada qatillərə uğurlar diləyən bir şəxs olduğunu qeyd edərək, belə bir qatilin yasının tutulmasına İsrail dövlətinin dözməyəcəyini vurğulayıb. O, sosial media hesabında, səfirlik nümayəndələrinin yas tutmaq istəyirlərsə, Türkiyəyə gedib HƏMAS-a dəstək verən Prezident Ərdoğanın yanında yas tutmalarını tövsiyə edib.
Türkiyənin Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli isə, "Müzakirəçiləri öldürməklə, diplomatları təhdid etməklə sülhə nail ola bilməzsiniz" deyərək reaksiya verib.