DÜNYA

02 Avqust

Nigeriyada inflyasiyaya qarşı etirazlar: Ölənlərin sayı 14-ə çatıb

Nigeriyanın iri şəhərlərində inflyasiyaya qarşı etirazlar nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb. Bu barədə yerli KİV məlumat yayıb.

Fins.az xəbər verir ki, etiraz aksiyaları yolların bağlanması, maliyyə institutlarının və digər müəssisələrin fəaliyyətinin dayandırılması, dövlət və xüsusi mülkiyyətin talan edilməsi ilə müşayiət olunur.

İyulun əvvəlində Nigeriyanın ən böyük həmkarlar ittifaqları federal hökumətlə minimum əmək haqqı ilə bağlı razılığa gələ bilmədikdən sonra tətil etmək qərarına gəliblər. Hökumət rəsmiləri minimum əmək haqqını ayda 60 min nayr (təxminən 37 dollar) məbləğində müəyyənləşdirməyi təklif ediblər.