Ağ Evdən verilən yazılı açıqlamaya görə, ABŞ prezidenti Bayden İsrailin Baş naziri Netanyahu ilə telefon danışığı aparıb. Görüşdə ABŞ-ın vitse-prezidenti Kamala Harris də iştirak edib.
Fins.az xəbər verir ki, bəyanatda Baydenin Netanyahuya İsrailin təhlükəsizliyi ilə bağlı təminat verdiyi qeyd edilib: “Prezident İrandan və onun Həmas, Hizbullah və Husilər kimi terror qollarından gələn bütün təhdidlərə qarşı İsrailin təhlükəsizliyinə bağlılığını vurğulayıb."
Digər tərəfdən, Bayden Netanyahuya Yaxın Şərqdə gərginliyi azaltmaq üçün davamlı səylərin vacibliyini bildirib.