Dünya şöhrətli yazıçı və məşhur "Harry Potter" kitablarının müəllifi J.K. Roulinq Paris-2024 Yay Olimpiya Oyunlarında trans idmançıların iştirakını kəskin tənqid edib. Roulinq, qadın idmançılarla trans qadınların üzbəüz yarışmasını haqsızlıq kimi qəbul etdiyini bildirib.
Fins.az xarici mətbuata istinadən xəbər verir ki, Roulinq öz sosial şəbəkə hesabında qadınlar arasında 66 kq çəki dərəcəsində əlcəzairli boksçu İmane Xəlifin italiyalı rəqibini 46 saniyəyə nokaut etdiyi yarışdan sonrakı şəkli paylaşaraq yazıb: "Həyat arzusunu darmadağın etdiyi qadının ağrısından həzz alan kişinin təbəssümü." Bu paylaşımında o, qadın idmançıların hüquqlarının qorunması üçün ciddi addımlar atılmasını tələb edib.
Qeyd edək ki, J.K. Roulinq əvvəllər də bu mövzuda tənqidi çıxışlar edib və qadın idmançıların hüquqlarının müdafiəsini daim gündəmdə saxlayıb. Onun bu çıxışları, cəmiyyətin müxtəlif təbəqələrində geniş müzakirələrə səbəb olub.