DÜNYA

02 Avqust

Pakistanda daşqınlar nəticəsində azı 24 nəfər ölüb

Pakistanın şimal və şimal-qərbində yağan leysan yağışları və onların səbəb olduğu daşqınlar nəticəsində azı 24 nəfər ölüb.

Fins.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

Pakistanın Təbii Fəlakətlərlə Mübarizə üzrə Milli İdarəsinin məlumatına görə, Ərəbistan dənizi və Benqal körfəzindən siklonun gətirdiyi güclü yağışlar ölkənin şimal-qərbindəki Hayber Paxtunxva əyalətində 18 nəfərin həyatına son qoyub. Yağışların səbəb olduğu daşqınlar 150 yaşayış binasının dağıldığı Yuxarı Çitral qəsəbəsinə ciddi ziyan vurub.

Şimaldakı Pəncab əyalətində isə 5 nəfərin öldüyü bildirilir. Regionun paytaxtı Lahorda cümə axşamı 44 ilin ən yüksək yağıntısı qeydə alınıb - 340 mm. Meqapolisin küçələri çaylara çevrilib, yaşayış məntəqələrinə elektrik enerjisi verilişi kəsilib, dövlət idarələri, məktəblər və mağazalar bağlanıb, şəhər xəstəxanalarının işi çox çətinləşib.

Pakistan Meteorologiya İdarəsinin məlumatına görə, ölkə ərazisində leysan yağışlar avqustun 6-dək davam edəcək.

Kaira Ağayeva 

Fins.az