DÜNYA

02 Avqust

Fransada güclü tufan bir sıra fəsadlara yol açıb

Ötən gün Fransanın 24 departamentini cənginə almış güclü tufan bir çox bələdiyyələrə böyük ziyan vurub.

Fins.az-ın "İnterfaks"a istinadən verdiyi xəbərə görə, bu barədə Fransa mətbuatı məlumat yayıb.

Er departamentinin inzibati mərkəzi olan Evreux şəhərindəki müəssisələri, mağazaları və binaları su basıb, dam örtükləri zədələnib. Le Mesnil-Jourdain şəhərində ev ildırım vurması nəticəsində yanıb.

KİV Fransanın digər departamentlərində də şəhər təsərrüfatı və yaşayış binalarına ziyan dəydiyini bildirib.

Kaira Ağayeva 

Fins.az