Almaniyanın federal kansleri Olaf Şolts Rusiya tərəfindən azad olunan məhbuslarla şəxsən görüşəcək və ən böyük mübadilələrdən birinin nəticələri ilə bağlı müraciət edəcək.
Fins.az xəbər verir ki, bu barədə “Frankfurter Allgemeine Zeitung” (FUZ) məlumat yayıb.
Qeyd olunur ki, Almaniya kansleri və hökuməti bu razılaşma üzrə danışıqlarda həlledici rol oynayıb. Federal ədliyyə naziri Marko Buşman, baş prokuror Yens Rommelə Vadim Krasikovun işi üzrə hökmün onun Rusiyaya ötürülməsi üçün ertələnməsi barədə yazılı göstəriş verərək razılaşmanın əldə olunmasında mühüm rol oynayıb.
Xatırladaq ki, daha əvvəl Ankarada Rusiya ilə ABŞ arasında məhbus mübadiləsi aparıldığı bildirilmişdi.
Kaira Ağayeva
Fins.az