Çinin mərkəzi Hunan əyalətində Qaemi qasırğası 30 nəfərin ölümünə, 35 nəfərin isə itkin düşməsinə səbəb olub.
Fins.az TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Hazırda bölgədə axtarış-xilasetmə işləri aktiv şəkildə davam etdirilir.
Bildirilib ki, nəqliyyatın hərəkəti, elektrik enerjisi təchizatı və yerli telekommunikasiya şəbəkəsinin işi bərpa olunub.
Kaira Ağayeva
Fins.az