Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev ölkənin səhiyyə naziri Teymur Musayevlə görüşüb.
Fins.az xəbər verir ki, bu barədə səfir “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“Bu gün biz səhiyyə naziri Teymur Musayevlə Ukrayna-Azərbaycan əməkdaşlığının səhiyyə sahəsində möhkəmləndirilməsini müzakirə etdik. Birlikdə səhiyyənin keyfiyyətini və əlçatanlığını yaxşılaşdırmağa çalışırıq”, - paylaşımda qeyd edilib.
Səfir, həmçinin müharibədən zərər çəkmiş ukraynalı uşaqların reabilitasiya proqramına görə Azərbaycana təşəkkür edib.
Kaira Ağayeva
Fins.az