"Səudiyyə Ərəbistanı İranla gələcəkdə münasibətləri inkişaf etdirməyə ümidvardır."
Fins.az İRNA-ya istinadən xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının karlı Salman bin Əbdüləziz Əl-Səud İran Prezidenti Məsud Pezeşkiana ünvanladığı məktubunda bildirib.
Məlumata görə, məktubu Səudiyyə Ərəbistanı kralının müşaviri, daxili işlər naziri, Nazirlər Şurasının üzvü şahzadə Mansur bin Mutab bin Əbdüləziz İslam Respubikasının yeni prezidentinə təqdim edib.
Səudiyyə Ərəbistanının kralı iki ölkə arasında əlaqələrin daha da inkişaf etdiriləcəyinə, regional və beynəlxalq təhlükəsizliyə, sülhə kömək etmək məqsədilə koordinasiyanın, məsləhətləşmələrin davam etdiriləcəyinə ümidvar olduğunu vurğulayıb.
Kaira Ağayeva
Fins.az