Fins.az xəbər verir ki, bu gün Rusiyada benzinin ixracına qadağa qüvvəyə minib və bu qadağa oktyabr ayı daxil olmaqla davam edəcək. Dizel yanacağı üçün isə analoji tədbir görülməyib.
Rusiya Federasiyası Energetika Nazirliyi rəhbərinin birinci müavini Pavel Sorokinin sözlərinə görə, Rusiya hökuməti bu qərarı bazarı sabitləşdirmək, təkliflə doyurmaq və kəskin qiymət artımının qarşısını almaq üçün qəbul edib.
Qeyd edək ki, Rusiya Federasiyasından benzinin ixracına qadağa 2023-cü il sentyabrın 21-dən noyabrın 17-dək daxili mühərrik yanacağı bazarında qiymət vəziyyətini sabitləşdirmək üçün qüvvədə idi. Bənzər bir tədbir dizel yanacağına da tətbiq edilmişdi.
ACRA korporativ reytinqlər qrupunun direktoru Vasili Tanurkovun fikrincə, benzinin ixracına qoyulan qadağa, ilk növbədə, son aylarda qiyməti bir neçə dəfə maksimuma çatan Aİ-95-in ucuzlaşmasına səbəb ola bilər. Oktyabrdan sonra qadağanın uzadılması isə daxili bazarda qiymət dinamikasından asılı olacaq.
Kaira Ağayeva
Fins.az