DÜNYA

31 İyul

Türkiyənin elektrik avadanlıqlarının Gürcüstana ixracının həcmi açıqlanıb

2024-cü ilin yanvar-iyun aylarında Türkiyədən Gürcüstana elektrik avadanlıqlarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 15,7 faiz artaraq 88,6 milyon dollar təşkil edib.

Fins.az xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Ticarət Nazirliyindən məlumat verilib.

“Bu ilin iyun ayında Türkiyə Gürcüstana 17,1 milyon dollar dəyərində elektrik avadanlıqları ixrac edib ki, bu da ötən ilin iyun ayı ilə müqayisədə 35,7 faiz çoxdur”, - nazirliyin açıqlamasında bildirilir.

Qeyd edək ki, 2024-cü ilin yanvar-iyun aylarında Türkiyənin elektrik avadanlıqlarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz azalaraq 7,8 milyard dollar təşkil edib.

“Bu ilin iyun ayında Türkiyə 1,2 milyard dollar dəyərində elektrik avadanlıqları ixrac edib ki, bu da ötən ilin iyun ayı ilə müqayisədə 10,8 faiz azdır”, - hesabatda qeyd edilir.

Həmçinin qeyd olunub ki, son 12 ay ərzində (2023-cü ilin iyun - 2024-cü ilin iyun) Türkiyə 16,1 milyard dollar dəyərində elektrik avadanlıqları ixrac edib.

Kaira Ağayeva 

Fins.az