DÜNYA

31 İyul

Hərbi attaşe: Çin qlobal təhlükəsizliyi təmin etmək üçün “Bir kəmər, bir yol”un inkişafını təklif edir

Çin, qlobal təhlükəsizliyi, sabitliyi və inkişafı təmin etmək üçün “Bir kəmər, bir yol” təşəbbüsünü inkişaf etdirməyi təklif edir.

Fins.az xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfirliyinin hərbi attaşesi Van Ley, Çin Xalq Azadlıq Ordusunun yaradılmasının 97-ci ildönümü münasibətilə keçirilən qəbulda deyib.

“Çin və Azərbaycan arasında dostluq əlaqələri əsrlər boyu davam edir. Bunu hələ iki min il əvvəl ölkələri birləşdirən Böyük İpək Yolu da sübut edir. Çin və Azərbaycan səmimi və etibarlı dost və tərəfdaşdır. Hər iki ölkənin liderləri bu il Çin-Azərbaycan strateji tərəfdaşlığının yaradılması haqqında birgə bəyanat imzalayıblar”, - deyə o bildirib.

Van Leyin sözlərinə görə, regional və beynəlxalq əməkdaşlıq vasitəsilə daha da sıxlaşan əlaqələrlə yanaşı, hər iki ölkənin dövlət başçılarının və yüksək səviyyəli hərbi komandirlərinin rəhbərliyi altında hərbi əlaqələr də rəvan şəkildə inkişaf edib.

“Bu, təkcə hər iki ölkənin əsas maraqlarına xidmət etmir, həm də qlobal və regional sülhə töhfə verir”, - o əlavə edib.

Kaira Ağayeva

Fins.az