Xizək və kanoe üzrə Fransa milli komandasının məşqçisi Qiyom Berj Parisdə polisə müqavimət göstərdikdən sonra saxlanılıb.
Fins.az xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti məlumat yayıb.
Hadisə ötən gecə baş verib. Belə ki, 33 yaşlı məşqçi 3 polisi vurub. Məşqçi elektroşoker istifadə etdikdən sonra saxlanılıb. O göstərdiyi müqavimətə görə və polisə qəsdən zorakılıq etdiyi üçün polis bölməsinə aparılaraq həbs edilib
Paris prokurorluğu faktla bağlı araşdırmalara başlayıb.
Kaira Ağayeva
Fins.az