DÜNYA

25 İyul

İqlim Dəyişikliyi rekord səviyyədə: Yer üzündə ən isti gün qeydə alınıb

Kopernik İqlim Dəyişikliyi Xidmətinin (C3S) məlumatlarına görə, 22 iyul 2024-cü ildə Yer üzündə qlobal gündəlik orta temperatur 17,15°C-ə çataraq yeni rekord müəyyən edib. Bu, bir gün əvvəlki 17,09°C və 6 iyul 2023-cü ildəki 17,08°C rekordlarını keçib.

Fins.az xarici mətbuata istinadən xəbər verir ki, C3S direktoru Karlo Buontemponun sözlərinə görə, son 13 ay ərzindəki temperaturun əvvəlki rekordlardan böyük fərqlə üstələdiyini və yeni rekordların qırılacaq:

"Antarktida üzərində orta səviyyədən yüksək temperatur və dəniz buzunun azalması bu artışın səbəbləri arasındadır. Məlumatlar 2023 və 2024-cü illərindəki temperatur artımının əhəmiyyətli olduğunu göstərir".

Fuad Mədətov
Fins.az