DÜNYA

25 İyul

Çin və Qazaxıstan Ekoloji Tərəfdaşlıq: Aral Dənizinin dibində meşə salınması təklifi

Çin alimləri Aral dənizinin qurumuş dibində süni meşə plantasiyalarının yaradılmasında Qazaxıstana dəstək verməyə hazırdırlar.

Fins.az qeyd edir ki, bu məlumat Qazaxıstanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən verilib.

Qazaxıstanın ekologiya və təbii sərvətlər naziri Erlan Nısanbayev və Çin Elmlər Akademiyasının Sintszyan Ekologiya və Coğrafiya İnstitutunun alimlərinin iştirakı ilə görüş keçirilib. Görüşdə Aral dənizinin qurumuş dibində meşələrin salınması ilə rayonun ekologiyasına mənfi təsirin azaldılması məsələsi müzakirə olunub.

Kaira Ağayeva

Fins.az