DÜNYA

25 İyul

Dörd ay ərzində İrandan tranzit yüklərin həcmi 7,6 milyon ton təşkil edib

Cari İran ilinin (2024-cü il martın 21-də başlayıb) ilk dörd ayında İran sərhədlərindən 7 milyon 622 min ton xarici yük daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 58,5% artım deməkdir.

Fins.az xəbər verir ki, bunu İran gömrük xidmətinin rəhbəri Məhəmməd Rezvanifər deyib.

“Qərbi Azərbaycan vilayətində Piranşəhr gömrüyü ilə daşınan malların həcmi bu ilin ilk dörd ayında ötən ilin eyni dövrü ilə müqayisədə 661% artıb”, - deyə Rezvanifər bildirib.

“Piranşəhr Gömrüyündən sonra xaricə tranzitdə ən yüksək artım müvafiq olaraq 286%, 197% və 111% artımla Sərhas, Pərviz Xan və Başmaq gömrüklərində qeydə alınıb”.

Kaira Ağayeva 

Fins.az