İyul ayı üçün xarici ticarət kəsirində əhəmiyyətli azalma olacaq.
Fins.az xəbər verir ki, bu barədə Türkiyə ticarət naziri Ömer Bolat deyib.
Onun sözlərinə görə, ilin 7 aylıq dövründə 70 min 600 firmanın yoxlanılıb və bu kontekstdə 1 milyarda yaxın cərimənin tətbiq olunub:
“2023-cü ildə dünya ticarəti 1,2% azaldı. Keçən il 255,4 milyard dollarla Türkiyənin tarixi rekordunu qırdıq. İli 106 milyard dollarlıq xarici ticarət kəsiri ilə bağladıq. İyun rəqəmləri bayram effektinə görə bir qədər geridə olsa da, iyul ayı məlumatlarımızda ixracatda 10 faizlik artım müşahidə edirik. May ayında ən yüksək ixraca nail olduq”.
Fuad Mədətov
Fins.az