DÜNYA

24 İyul

Azərbaycanın İrandakı səfiri İran Xarici İşlər Nazirliyinin rəsmiləri ilə görüşüb

Azərbaycanın İrandakı səfiri Əli Əlizadə İran Xarici İşlər Nazirliyinin Avrasiya İdarəsinin rəisi Motcaba Dəmirçilu və Konsulluq İdarəsinin rəisi Əlirza Mahmudi ilə görüşlər keçirib.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfirliyi məlumat yayıb.

Məlumata görə, görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Qeyd edək ki, Azərbaycanın İrandakı səfirliyi iyulun 15-dən fəaliyyətini bərpa edib.

Yada salaq ki, 2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə qarşı terror aktı törədilib. Terror aktı nəticəsində səfirliyin bir əməkdaşı həlak olub, ikisi isə yaralanıb. Bundan sonra Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini dayandırıb.

Kaira Ağayeva

Fins.az