DÜNYA

24 İyul

Sui-qəsd cəhdindən sonra Trampın reytinqi yüksəlir

ABŞ-ın keçmiş prezidenti Donald Trampın reytinqi sui-qəsd cəhdindən və Respublikaçılar Partiyasının qurultayından sonra yüksəlib. Bunu Ipsos sosioloji xidmətinin ABC televiziya şirkəti üçün hazırladığı sorğunun məlumatları sübut edir.

Fins.az xəbər verir ki, Trampın reytinqi 40%-ə yüksəlib. 

Baydenin reytinqi indi 32% təşkil edir. ABC-nin qeyd etdiyi kimi, prezidentin reytinqləri son bir ildə demək olar ki, dəyişməz qalıb.

Sorğu iyulun 19-20-də 1141 amerikalı arasında aparılıb və 3,1 faiz bəndi səhv nisbətinə malikdir.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.