DÜNYA

24 İyul

Rusiya Çinlə elektrik enerjisi tədarükünün artırılmasını müzakirə edib

Rusiya və Çin Uzaq Şərqdə artan istehlakı nəzərə alaraq Çinə elektrik enerjisi tədarükünün artırılması imkanlarını müzakirə ediblər. Bu barədə Rusiya Federasiyası Energetika Nazirliyinin elektrik enerjisi və bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq üzrə Rusiya-Çin işçi qrupunun iclasının yekunlarına dair məlumatında deyilir.

Fins.az xəbər verir ki, elektrik enerjisi ticarəti məsələlərinə əlavə olaraq, görüş zamanı iştirakçılar qarşıdan gələn Rusiya-Çin hökumətlərarası komissiyasına hazırlıq, eləcə də elektrik enerjisinin mənşəyinə dair sertifikatlaşdırma sistemlərinin – “yaşıl” sertifikatların tanınması məsələlərini müzakirə ediblər.

“Rusiya və Çində elektrik enerjisinin mənşəyinə dair “yaşıl” sertifikatların verilməsi və tətbiqi prosesinin təşkili ölkələrimiz arasında elektrik enerjisinin sertifikatlaşdırılması sistemlərinin daha da qarşılıqlı tanınmasına kömək edəcək”, - Rusiya Federasiyasının Energetika Nazirliyi qeyd edib.

Kaira Ağayeva

Fins.az