Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və onun iranlı həmkarı Məsud Pezeşkian telefonla ticarət-iqtisadi, nəqliyyat-logistika, mədəni-humanitar sahələrdə əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Fins.az xəbər verir ki, söhbət zamanı tərəflər Qazaxıstan-İran münasibətlərini daha da möhkəmləndirmək üçün qarşılıqlı istəklərini təsdiqləyiblər. Qazaxıstan lideri iranlı həmkarını bu yaxınlarda keçirilən seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edib və ona məsul dövlət vəzifəsində uğurlar arzulayıb.
Kaira Agayeva
Fins.az