DÜNYA

22 İyul

Kobaxidze: Gürcüstan siyasətində “qara pullar" var

Qeyri-hökumət təşkilatları (QHT) ilə partiyalar arasında yaranan çaşqınlıq bir daha onu göstərir ki, Gürcüstan siyasətində “qara pul”, gizli pullar var və bu pulların mənbəyi açıqlanmalıdır.

Fins.az-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.

Kobaxidzenin fikrincə, siyasi partiyaların və QHT-lərin bir-biri ilə birləşməsi faktı bir daha göstərir ki, “Şəffaflıq haqqında qanun”un qəbul edilməsi zəruri idi:

“Gürcüstanda siyasətin maliyyələşdirilməsi şəffaf olmalıdır, xüsusən də siyasətin maliyyələşdirilməsi QHT-lər vasitəsilə həyata keçirildikdə, təbii ki, bu da şəffaf olmalıdır. QHT-lər və partiyalar arasında bu cür çaşqınlıq bir daha onu göstərir ki, “qara pul” var, gizli pullar var və bunların mənbəyi Gürcüstan cəmiyyətinə açıqlanmalıdır”.

Kaira Agayeva 

Fins.az