DÜNYA

22 İyul

İspaniyanın baş naziri Sançes arvadının cinayət işi üzrə şahid qismində çağırılıb

İspaniyanın baş naziri Pedro Sançes həyat yoldaşının biznes sövdələşmələri ilə bağlı cinayət işi üzrə istintaqa şahid qismində ifadə vermək üçün çağırılıb.

Fins.az xəbər verir ki, bazar ertəsi məhkəmənin elektron poçtla göndərdiyi bəyanata görə, hakim Juan Carlos Peinado Sançesin iyulun 30-da saat 11-də ifadə verməli olacağını bildirib. Hakim Sançesin ifadəsini dinləmək üçün Monkloa hökumət evinə gedəcək.

Kaira Agayeva 

Fins.az