ABŞ hərbçiləri Qırmızı dənizdə husi üsyançılarına məxsus dörd pilotsuz gəmini vurub.
Fins.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) X sosial şəbəkəsindəki səhifəsində bildirilir.
Qeyd edək ki, Qəzza zolağında münaqişənin şiddətlənməsindən sonra husilər xəbərdarlıq edib ki, İsraili atəşə tutacaq və əməliyyatlar dayandırılana qədər gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazı sularından keçməsinə icazə verməyəcək. Yəmənin “Ənsar Allah” hərəkatı (husilər) ötən ilin noyabrından bəri Qırmızı və Ərəb dənizlərində ümumilikdə 162 gəmiyə zərbələr endirib.
Buna cavab olaraq, ABŞ Qırmızı dənizdə naviqasiya azadlığını təmin etmək və gəmiləri qorumaq üçün beynəlxalq koalisiyanın yaradıldığını və “Prosperity Guardian” əməliyyatına başladığını elan edib.
Kaira Agayeva
Fins.az