İspaniyanın "Sevilya" klubunun futbolçusu Tomas Delaney komandadan ayrılıb.
Fins.az andalusiyalıların mətbuat xidmətinə istinadən xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi ilə başa çatan müqavilə müddəti yenilənməyib.
T.Delaney 2021-ci ildən "Sevilya"nın uğurları üçün çalışıb. O, bu müddət ərzində "Hoffenhaym" (Almaniya) və "Anderlext" (Belçika) klublarında icarə əsasında çıxış edib.
Kaira Agayeva
Fins.az