DÜNYA

18 İyul

Neft Fondunun birgə müəssisələrə investisiyaları 741,726 milyon manat təşkil edib

Bu ilin yanvarın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) birgə müəssisələrə investisiyaları 741,726 milyon manat təşkil edib.

Bu barədə Fins.az Fondun auditor hesabatına istinadən xəbər verir.

Sənədə əsasən, bu, 2023-cü il yanvarın 1-i ilə müqayisədə 6,3 % azdır.

2023-ci ilin sonuna ARDNF-in birgə müəssisələrə investisiyaları onun aktivlərinin 0,8 %-ni təşkil edib. Bu nisbət 2022-ci ilin sonuna 0,9 % olub.

Kaira Agayeva 

Fins.az