DÜNYA

17 İyul

"Lill" klubunun 18 yaşlı müdafiəçisi 62 milyon avroya "Mançester Yunayted"ə keçir

"Lill" klubunun və Fransanın gənclərdən ibarət yığmasının mərkəz müdafiəçisi Leni Yoro tibbi müayinədən keçmək və "Mançester Yunayted"lə şəxsi müqaviləsinin yekun detallarını razılaşdırmaq üçün Böyük Britaniyaya gedib.

Fins.az "Athletic"ə istinadən xəbər verir ki, klublar 18 yaşlı futbolçunun 62 milyon avroya transferi ilə bağlı razılığa gəliblər.

Yoro özü karyerasını “Real”da davam etdirmək istədiyini bildirsə də, Madrid klubu təzminat məbləği ilə razılaşmayıb.

Gənc müdafiəçi "Lill" klubunun yetirməsidir. O, ötən mövsüm 44 oyunda 3 qol vurub.

Kaira Agayeva 

Fins.az