İsrail ordusu Livanın müxtəlif bölgələrində "Hizbullah"ın infrastrukturuna zərbələr endirib.
Fins.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti (IDF) məlumat yayıb.
İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı Yarine, Aita əş-Şab və Alma əl-Haeb bölgələrində "Hizbullah"ın infrastrukturunu vurub.
Bununla yanaşı, İsrail Müdafiə Qüvvələri Livandan atılan 15 raketdən bəzilərini ələ keçirib, qalanları açıq ərazilərə düşüb. İtkilər barədə məlumat yoxdur.
Kaira Agayeva
Fins.az