DÜNYA

10 İyul

Gürcüstanda parlament seçkiləri öncəsi daha bir müxalifət bloku yaranıb REGİON

Gürcüstanda parlament seçkiləri öncəsi daha bir müxalifət birliyi yaranıb.

Fins.az xəbər verir ki, “Axali”, “Droa” və “Qirçi – daha çox azadlıq” partiyaları oktyabrda keçiriləcək seçkilərdə birgə iştirak edəcəklərini bəyan ediblər.

Eyni zamanda, "Lelo" partiyası ilə də danışıqlar aparıldığı, lakin razılıq əldə olunmadığı qeyd olunub.

"Axali" partiyasını bir neçə ay əvvəl müxalifətin Vahid Milli Hərəkatının keçmiş lideri Nika Melia və müxalif “Mtavari Arkhi” telekanalının təsisçisi Nika Qvaramiya təsis ediblər.

Qeyd edək ki, "Droa" partiyası 2021-ci ildə Rusiyanın ən qızğın əleyhdarlarından biri olan, atasının müəllif hüquqlarına görə Rusiya Federasiyasından qonorar alan Yelena Xoştariya tərəfindən təsis edilib.

Zurab Caparidzenin “Qirçi – daha çox azadlıq” partiyası 2020-ci ildə yaradılıb və həmin il parlament seçkilərində 2,89 faiz səs toplayıb.

Kaira Agayeva

Fins.az