DÜNYA

10 İyul

Ermənistanda hakim partiyanın ofisi yaxınlığında atışma olub, bir nəfər yaralanıb

Ermənistanda hakim "Vətəndaş müqaviləsi" partiyasının ofisi yaxınlığında atışma olub, bir nəfər yaralanıb.

Fins.az bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir.

Məlumata görə, atəş açan şəxs 26 yaşlı iş adamı olub. Güllə yarası alan isə 27 yaşlı İrəvan sakinidir.

Zərərçəkən xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Kaira Agayeva

Fins.az