NATO liderlərinin sammitində iştirak edəcək Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-yə səfərinin gündəliyi açıqlayıb.
Fins.az Türkiyə Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Ərdoğan iyulun 9-da Vaşinqtona işgüzar səfərə gedəcək.
“NATO-nun yaranmasının 75-ci ildönümü ilə bağlı keçiriləcək sammitdə təşkilatın coğrafiyası üçün çağırışlar və risklər qarşısında alyansın çəkindirmə və müdafiə səyləri, həmçinin Ukraynadakı vəziyyət və Kiyevə dəstək kimi məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. Sammitin gündəliyinə terrorizmlə mübarizə məsələləri də daxil ediləcək”, - məlumatda qeyd olunub.
Bundan başqa, sammit çərçivəsində Türkiyə liderinin dövlət və hökumət başçıları ilə bir sıra ikitərəfli görüşləri də nəzərdə tutulub.
Rəcəb Tayyib Ərdoğanın ABŞ-yə səfəri iyulun 11-də başa çatacaq.
Kaira Agayeva
Fins.az