TDT-nin dövlət başçıları Azərbaycanın bir sıra beynəlxalq layihələrlə bağlı səylərini yüksək qiymətləndiriblər.
Fins.az xəbər verir ki, bu, “Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün Qarabağ Bəyannaməsi”ndə əksini tapıb.
Bəyannamədə qeyd edilir ki, dövlət başçıları Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin modernləşdirilməsini, bu yol boyu mal və nəqliyyat vasitələrinə gömrük nəzarətinin sürətləndirilməsi ilə bağlı Azərbaycanın, Gürcüstanın və Türkiyənin üçtərəfli səylərini qiymətləndirirlər. Həmçinin bərpaolunan enerji və enerji səmərəliliyi sahələrində əməkdaşlığın inkişafı da daxil olmaqla türk dövlətləri arasında enerji sahəsində strateji tərəfdaşlığın əhəmiyyətini vurğulayır və Azərbaycan-Qazaxıstan-Özbəkistan enerji sistemlərinin qarşılıqlı əlaqələndirilməsi layihəsində (Yaşıl dəhliz) son inkişafları alqışlayırlar.
Qeyd edək ki, iyulun 6-da Şuşada “Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçirilib.
Kaira Agayeva
Fins.az