Suriya prezidentinin müşaviri Luna əl-Şibl iyulun 2-də Dəməşq yaxınlığında baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəstəxanada keçinib.
Fins.az xəbər verir ki, bu barədə SANA dövlət agentliyi ərəb respublikasının rəhbərinin ofisinə istinadən məlumat yayıb.
Qeyd edək ki, iyulun 2-də Əl-Şiblin idarə etdiyi avtomobil yoldan çıxaraq qəza törədib. Avtomobili idarə edən sürücü sağ qalıb və nəzarətə götürülüb. Suriya prezidentinin müşaviri ağır kəllə-beyin travması ilə xəstəxanaya aparılıb və reanimasiyaya yerləşdirilmişdi.
Kaira Agayeva
Fins.az