Türkiyəli milyarder Robert Yüksel Yıldırımın holdinqi Venesuelanın şərqində ammonyak zavodunun tikintisi üçün 750 milyon dollarlıq sərmayə imzalayıb.
Fins.az xəbər verir ki, Venesuelanın Pequiven kimi tanınan dövlət neft-kimya şirkəti İldırım Qrupu ilə ildə 600 min ton ammonyak istehsal edəcəyi proqnozlaşdırılan zavodun tikintisi üçün müqavilə imzalayıb, müzakirələr açıq olmadığı üçün adının açıqlanmasını istəməyən rəsmi deyib. . İyunun 7-də Yıldırımla birlikdə Karakas şəhərinin mərkəzindən televiziya ilə görüş zamanı bu planı Venesuela Prezidenti Nikolas Maduro qısaca xatırladıb.
Kaira Agayeva
Fins.az