Şimali Atlantika Müqaviləsi Təşkilatının bəzi ölkələri Ukraynaya uzunmüddətli yardım öhdəliyi götürmək istəmir.
Fins.az “Bloomberg”ə istinadən xəbər verir ki, bütün NATO üzvləri 2024-cü ildə Kiyevə ən azı 40 milyard avro dəyərində ümumi yardım göstərməyə razılaşıblar. Lakin gələcəkdə bu yardımın təminatı və məbləği hər il yenidən müzakirə olunacaq.
Agentlik mənbələri döyüş meydanındakı vəziyyətin qərarların qəbulunda önəmli rol oynayacağını qeyd edirlər. NATO-nun baş katibi Yens Stoltenberq daha əvvəl Kiyevə uzunmüddətli yardım üçün ildə 100 milyard dollar dəyərində fond yaratmağa cəhd göstərsə də, bu təşəbbüs NATO ölkələri arasında dəstək tapmamışdır. Məbləğ isə az qala 40 milyard dollara (təxminən 37 milyard avro) endirilib.
Fuad Mədətov
Fins.az