İndoneziya onlayn qumar oyunları ilə əlaqədə şübhəli bilinən Filippinin Kamboca və Davao şəhərlərindən kənarda fəaliyyət göstərən internet saytlarına giriş nöqtələrini kəsəcək.
Fins.az xəbər verir ki, bazar ertəsi yayımlanan məktuba görə, Rabitə Nazirliyi İndoneziyanın telekommunikasiya xidməti təminatçılarına iki ölkənin qumar saytlarına daxil ola biləcək xətləri bağlamağı tapşırıb. Giriş qeyri-müəyyən müddətə kəsiləcək.
Kaira Agayeva
Fins.az