DÜNYA

20 İyun

Kanada İranın qvardiyasını “Terror təşkilatları siyahısı”na saldı

Kanada İctimai təhlükəsizlik naziri Dominik LeBlan (Dominic LeBlanc) qərarın diqqətlə düşüb-daşındıqdan sonra verildiyini bildirib

Fins.az xəbər verir ki, Kanada hökuməti İran İnqilab Mühafizləri Qvardiyasını “Terror təşkilatları siyahısı”na salıb və vətəndaşlarını İranı tərk etməyə çağırıb. Ölkənin İctimai təhlükəsizlik naziri Dominik LeBlan (Dominic LeBlanc) İran İnqilab Mühafizləri Qvardiyasının terror təşkilatları siyahısına əlavə edildiyini açıqlayıb və qərarın diqqətlə düşüb-daşındıqdan sonra verildiyini bildirib.

Qərar elan edildikdən sonra Kanadanın xarici işlər naziri Melani Coli (Melanie Joly) İrandakı kanadalılara ölkəni tərk etmələri barədə xəbərdarlıq edib.

Xatırladaq ki, ABŞ 2019-cu ildə İran İnqilab Mühafizləri Qvardiyasını “Terror təşkilatları siyahısı”na salıb.