ABŞ-ın Qəzza zolağı sahillərində humanitar yardım məqsədilə başlatdığı və fiasko ilə nəticələnən üzən dok əməliyyatına son verə biləcəyi deyilir.
Fins.az “The New York Times” qəzetindəki xəbərə görə, xəbər verir ki, ABŞ ordusunun inşa etdiyi 230 milyon dollarlıq üzən dok öz funksiyasını yerinə yetirə bilməyib. İnşa edildiyi gündən dalğalar tərəfindən zədələnən və təmir edilən estakada cəmi 10 günə yaxın xidmət göstərib.
ABŞ hərbi rəsmiləri son günlər yardım agentliklərinə üzən dokun gələn ay sökülə biləcəyini söyləyiblər, baxmayaraq ki, prezident Co Bayden administrasiyası əvvəlcə onun 2024-cü ilin sentyabr ayına qədər fəaliyyət göstərəcəyini proqnozlaşdırmışdı.
Birləşmiş Ştatların dəniz yolu ilə humanitar yardım çatdırmaq üçün iki aydan çox müddətə Qəzza sahilində inşa etdirdiyi və mayın 17-də fəaliyyətə başlayan üzən dok pis hava şəraiti səbəbindən bir neçə həftə ərzində sıradan çıxıb və fiasko tənqidlərinə səbəb olub.
Fiasko - iddialı cəhddə çox uğursuz və gülünc nəticə deməkdir.