DÜNYA

19 İyun

Rusiya ilə Avropa İttifaqı arasında ticarət dövriyyəsi 2000-ci ildən bəri ən aşağı səviyyəyə düşüb

Rusiya ilə Avropa İttifaqı arasında ikitərəfli ticarət dövriyyəsi aprelin sonunda aylıq müqayisədə 6% azalaraq 5,6 milyard avro təşkil edib ki, bu da 2000-ci ilin yanvarından bəri ən aşağı göstəricidir.

Fins.az xəbər verir ki, bu barədə "Eurostat"ın hesabatında deyilir.

Bu dövr ərzində Rusiya mallarının Avropaya çatdırılması mart ayı ilə müqayisədə 17% azalaraq 2,7 milyard avro təşkil edib ki, bu, 1999-cu ilin iyunundan bəri ən aşağı göstəricidir.

Aprel ayında Rusiya Federasiyasından Avropa bazarına ixracın əsas payını qaz (1,15 milyard avro dəyərində tədarük) tutub. Daha sonra dəmir-polad (288,5 milyon avro) və neft məhsulları (248 milyon avro) gəlir.

Bu arada, Aİ-dən Rusiyaya malların satışı apreldə 6% artaraq 2,9 milyard avroya çatıb. Təchizatların əhəmiyyətli hissəsi dərmanlardan (760 milyon avro) daxil olub. Rusiya Federasiyası, həmçinin Aİ ölkələrindən aktiv şəkildə avadanlıq (303 milyon avro) və optik alətlər (186,5 milyon avro) alıb.