DÜNYA

17 İyun

İlin sonunadək Türkiyənin hava limanlarında sərnişin axını 236 milyon nəfəri ötəcək

Bu ilin sonuna qədər Türkiyənin hava limanlarında sərnişin axını 236,5 milyon nəfər səviyyədə proqnozlaşdırılır.

Fins.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyinin yanında Dövlət Hava Limanları Baş İdarəsi (DHMİ) yayıb.

DHMİ-nin hesablamalarına görə, cari ildə hava nəqliyyatında sərnişin axını 2022-ci ilin göstəricisi ilə müqayisədə (214,2 milyon nəfər) 10,4 faiz artacaq, 2025-ci ildə isə 250 milyon insan həddinə yaxınlaşacaq.

“2024-cü ildə daxili uçuşlara marağın artması hesabına sərnişin axınının artımına nail olunacaq. 2023-cü ildə daxili reyslərə 122 milyon 950 min 966 bilet alınmışdısa, bu il 9,1 faiz artıq - 134,2 milyon bilet satılıb”, - deyə İdarədən bildirilib.