DÜNYA

17 İyun

Zelenski Rusiya ilə danışıqlara başlamaq üçün şərtləri açıqlayıb

Ukrayna prezidenti Vladimir Zelenski İsveçrədə keçirilən sammitin yekunlarına dair mətbuat konfransında bildirib ki, Ukrayna tərəfi Rusiyanın ərazi bütövlüyünə hörmət edəcəyi təqdirdə onunla “sabah tezdən” danışıqlara başlamağa hazırdır.

Onun sözlərinə görə, növbəti sammitdə Rusiya nümayəndələrinin iştirakı “onlar sülh istəyir və müharibəni bitirməyə hazırdır” demək olacaq: "Onun özü istəyir, yoxsa dünya ictimaiyyəti onu buna məcbur edir, bizim üçün vacib deyil".