Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Madriddə İspaniyanın Baş naziri Pedro Sançes ilə görüşüb.
Fins.az xəbər verir ki, Ərdoğan İspaniya ilə münasibətləri daha da inkişaf etdirmək istədiklərini bildirib. Türkiyə Prezidenti deyib: “İspaniyadan daha çox investoru bölgənin cazibə mərkəzi olan Türkiyəyə dəvət edirik”.